Səmavi peyvənd
-
Səmavi peyvənd
Bir hicri qəməri ilinin sonuncu ayı yaranışın və səmavi peyvəndin ən yaxşı günü ilə başlanır. Zilhəccə ayının biri, İslam tarixində bir günü xatırladır ki, həmin gündə iki aləmin xanımı, Əli ibn Əbitalibin özünə vilayətini qəbul edibdir. Zilhəccənin biri, Həzrət Zəhra(s.ə)-nın və Həzrət Əmirəlmöminin(ə)-ın izdivacının ildönümünə təsadüf edir. Əksər gənclər öz peyvəndlərini məhz bu mübarək gündə bağlayırlar.
Peyğəmbərin Məkkədən Mədinəyə mühacirətinin ilk ilində Mühacirlərin və Ənsarın böyükləri peyğəmbərin əziz qızının elçiiyinə gəlir, lakin məqsədlərinə çatımırdılar.
Peyğəmbərin Mədinəyə daxil olmasından bir il ötürdü ki, həmin elçilər İslam Peyğəmbəri(s.ə.s)-in öz əmisi oğlu Əli(ə)-a olan rəğbətini görərək, o həzrətə təklif etdilər ki, peyğəmbərin gözünün işığının elçiliyinə getsin. Tarixdə qeyd olunana görə, hicrətin ikinci ilinin zilhəccə ayının birində İslam Peyğəmbəri özünün bu iki sevimlisi arasında ilahi bir kəbini bu məsciddə kəsərək, onu hamıya elan etdi.
Müsahibə(kişi): Şübhəsiz, Həzrət Rəsul və Xədiceyi-Kübranın izdivacından sonra Həzrət Əli(ə) və Həzrət Zəhra(s.ə)-nın izdivacı üçün ən sadə cehiz həmin mənzilin, yəni Həzrət Zəhranın mənzilinin qapısından bəy və gəlinin mənzilinə daxil oldu.
Həzrət Rəsulun əziz qızının cehizi tarixə əsasən, bir neçə mis və saxsı qab, köynək və örpək, əl dəyirmanı və həsir, balınc və yorğan-döşək, həmçinin dəridən düzəldilmiş məşk-ə şamil olan 20 vəsaitdən ibarət idi.
Müsahibə(kişi): Doğrudan da ən yaxşı meyar, Həzrət Əli və Həzrət Zəhranın xüsusiyyəti və yoludur. Arzu edirəm ki, bu iki böyük şəxsiyyətin duası bütün gənclərin həyatında cərəyan etmiş olsun.
İzdivacda pak və sədaqətli niyyət, təmtəraqdan çəkinmək və cəmiyyətdə tədavüldə olan ləvazimatlara qənaət etmək və ictimai, ailəvi və dini baxımdan öz səviyyəndə olan həyat yoldaşı tapmaq şiələrin imamı və İslam Peyğəmbərinin əziz qızının müsəlman gənclər üçün yadigar qoyduqları bir irsdir.