Zoopark heyvanlarına dondurma qonaqlığı
Avq 03, 2019 15:43 Asia/Baku
-
Zoopark heyvanlarına dondurma qonaqlığı
Roma zooparkının məsul şəxsləri buradakı heyvanları sərinləşdirmək üçün onlara sevdikləri meyvələrin yerləşdiyi buz tikələri verirlər.
Bu zooparkın məsul şəxslərinin sözlərinə görə, buz meyvələr heyvanlara öz bədənlərinin hərarətini azaltmaqda kömək edir.
Zooparkın heyvanları bu isti yay günlərində meyvəli dondurma yeməkdən ləzzət alırlar.
Roma zooparkının gözətçiləri çalışırlar ki, isti havalara məxsus olan bu qida pəhrizindən istifadə edərək, bu qızmar hava qarşısında müqavimət göstərə bilmələri üçün heyvanları şux saxlasınlar.