"Alpinizm simurqu"nun fəthi
-
"Alpinizm simurqu"nun fəthi
Ailə üzvlərinin həmrəyliyi və müşayiəti ilə bu ailə Allah-Taalanın ən möhkəm nemətindən bir çox dərslər alıbdır.
Nəreyşen: Yolların çoxu çətindir, amma birlikdə olmaq mütləq asanlaşdıracaqdır.
Müsahibə: Bir-birimizin kənarında olarkən ayaqlarımızın gücü, qüdrəti və enerjisi ikiqat artır.
Nəreyşen: Bu, isfahanlı alpinist ailənin müvəffəqiyyət rəmzidir.
Müsahibə: Dörd ildir ki, alpinizmlə peşəkar surətdə məşğul oluruq.
Nəreyşen: İndi bunlar milli "Alpinizm simurqu" layihəsini öz adlarına qeydə aldıra bilən ilk iranlı ailədir.
Müsahibə: İranın uca dağlarından 35 dağı ailəliklə fəth edə bildik. Bu layihədə malik olduğumuz ən alçaq yüksəkliyə malik olan zirvə, Buşehr vilayətində yerləşən "Beyrmi", ən yüksək zirvə isə Dəmavənddəki "Bame İran" olubdur.
Nəreyşen: Əlbəttə, bu layihənin ən kiçik iranlı alpinisti üzrə rekordun qeydə alınması da indi bu ailənin doqquz yaşlı övladı Mohəmməd Sədraya aiddir.
Müsahibə: Mohəmməd Sədra ilk dəfə dağa qalxarkən altı yaşında idi.
Müsahibə: Yeganə və bir az çətin olan dağ, Kermanşah vilayətində yerləşən Həra dağı idi.
Nəreyşen: Bu arada ailənin anası və həyat yoldaşının müşayiəti və həmrəyliyindən keçmək olmaz.
Müsahibə: Hər həftənin sonunda bir zirvədə olurduq. Çərşənbə hərəkət edir, cümə axşamı zirvəyə qalxır və cümə İsfahana geri dönürdük.
Nəreyşen: Bu ailə Allah-Taalanın ən möhkəm nemətindən bir çox dərslər alıbdır.
Müsahibə: Dağa gələrkən başa düşürük ki, möhkəm və güclü olmaq lazımdır.
Müsahibə: Buradan ən yaxşı evlər və maşınlar görünmür, burada yalnız daş, torpaq və Allah var.
Müsahibə: Həm bir idmandır, həm də bir əyləncə.
Nəreyşen: Bu ailə malik olduğu bütün problemlərə rəğmən, sübut etdi ki, həyatın ən uca zirvələrini fəth etmək üçün yalnız birlikdə olmaq insanı müvəffəqiyyətə çatdırır.
İsfahanlı alpinist və müvəffəq ailə indi İranın ən uca zirvələrini fəth etdikdən sonra ümid edir ki, xalqın və məsul şəxslərin himayəsi ilə yeganə iranlı ailə kimi dünyanın ən uca zirvələrini də bir iranlı ailə adı ilə fəth edəcək.