İran yeniyetmələri yunan-roma güləşi üzrə dünya çempionu oldular
Avq 05, 2019 02:26 Asia/Baku
-
İran yeniyetmələri yunan-roma güləşi üzrə dünya çempionu oldular
İran İslam Respublikasının yunan-roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandası Bolqarıstanda keçirilən dünya çempionatının qalibi olub. Bununla İran millisi dördüncü dəfə dünya çempionu olur.
Yeniyetmələrin yunan-roma güləşi üzrə dünya çempionatı avqustun 2-dən 4-dək Bolqarıstanın Sofiya şəhərində keçiriib və sonda İran komandası dörd qızıl və 148 xal toplayaraq, dördüncü dəfə dünya çempionu olubdur.
Azərbaycan Respublikası və Rusiya yığmaları müvafiq olaraq, 123 və 99 xalla ikinci və üçüncü olublar.