Damğanda püstə festivalı
-
Damğanda püstə festivalı
Damğanda yaşıl qızıl butalarının yığımı fəslinin başlanması ilə beş mindən çox damğanlı fermer əkin sahələrindən yaşıl qızıl yığımı ilə məşğuldur.
Damğanda yaşıl qızıl butalarının yığımı fəslinin başlanması xas bir şövqə malikdir.
Və bir az o tərəfdə buta yığımı büsatı, şükretmə büsatı və bu ilin yaxşı püstə məhsulunun şənliyi.
Qadın: Allaha şükr olsun ki, torpağın içindən çeşidli nemətlər çıxarıbdır.
Damğanda 6-cı milli püstə festivalı avqustun 23-dən etibarən, altı gün müddətinə müxtəlif tədbirlərlə keçirilməkdədir.
Vilayətin 21 min hektar püstə bağının 17 min hektarı Damğanda yerləşir.
Kişi: Bu il proqnoz edilir ki, təqribən 48 min ton püstə məhsulumuz olacaq.
Hər il Damğandan 40 milyon dollardan yuxarı dəyərə malik iki min ton püstə məhsulu ölkə xaricinə ixrac olunur.
Kişi: Almaniya, İtaliya və Çin İran püstəsinin ən böyük alıcılarıdırlar.
Bu festival yeni ixracat bazarlarına daxil olmaq üçün yaxşı fürsətdir.
Kişi: Çox böyük şadlığa səbəb olacaq. Belə ki, Fil dişi sahili ölkəsinə də püstə ixracatı imkanı yaranacaqdır.
Bu festivalda Damğanın püstə üzrə ən yeni elmi-tədqiqat nailiyyətinin təqdimatı oldu.
Kənd təsərrüfatı vəsaitləri, yeyinti sənayesi və əl işləri sənayesi sərgisinin təşkili bu festivalın kənar tədbirlərindəndir. Bu sərgidə ölkənin 20 vilayətindən 120 pavilyon təmsil olunubdur.
Damğan şəhrestanında məşğulluq üzrə adambaşına düşən payın 35 faizindən çoxu püstə məhsulları ilə bağlıdır.
Semnan vilayətində püstə məhsulu üç trilyon tümənlik maliyyə dövriyyəsinə malikdir. Amma bu, həmin məhsulun bütün iqtisadi imkanı demək deyildir. Daha yaxşı iqtisadi bəhrələnmə daha yaxşı proqramlaşdırmalardan asılıdır.