Dünya turizmi təqvimində İran turizmi üzrə yeni cazibələr
-
Dünya turizmi təqvimində İran turizmi üzrə yeni cazibələr
Bəzi ölkələrin İranın əl işləri sənayesini öz adlarına qeydə aldırmaq üzrə uğursuz səylərindən sonra indi İranın məsul şəxsləri ölkənin müxtəlif şəhərlərinin əl işləri əsərlərini həmin şəhərlərin adına qeydə aldırmağa başlayıblar. Bu iş ekspertlərin sözlərinə görə, daha çox turist cəzb etməkdən əlavə, məşğulluğa da rövnəq verəcəkdir. İndiyədək İranın 15 şəhərinin əl işləri sənayesi həmin şəhərlərin adına qeydə alınıbdır.
Dünyada mövcud olan əl işləri peşələrindən 360-ı İranın adınadır. İran şəhər və kəndlərinin əl işləri sənayesinin 656 halının Ümumdünya Əl İşləri Sənayesi Şurasında qeydə alınması bu qədim sənətlərin qorunması istiqamətində atılan ən mühüm addımdır.
m.q- Cənubi Xorasan vilayətində beynəlxalq bir kənd var. Burada ənənəvi Xuraşad parçaçılıq sənəti mövcuddur. Və bu səbəb olur ki, bir çox turist bu kəndə gələrək, onun məhsullarını almış olsun.
m.q- Bütün İran kəndləri iynə ilə toxuma işi həyata keçirirlər. Bir çox kooperativlər və emalatxanalar təsis edilibdir ki, əksər qadınlar onlarda işləyir, həm də gəlir əldə edirlər.
Şəhərdən kəndə əks-mühacirət və məşğulluğun artması əl işləri sənayesinin milli və beynəlxalq səviyyədə qeydiyyatının nailiyyətlərindəndir.
m.q- Kəndlərimizin bir çoxu elə bu əl işləri sənayesi ilə həmin ənənəvi vəziyyətlə çoxlu sayda turist cəzb edə bilər. İnsanlar üçün də iş cəzbi ola bilər.
m.q- Son zamanlar hər bir məntəqə və kənddə əl işləri sənayesinin genişləndirilməsi həyata keçirilib. Məhrum məntəqələrdə müxtəlif peşələr üzrə müxtəlif emalatxanalar mövcuddur.
Kiçik şəhərlər və kəndlərin mahiyyət və mədəniyyətlərinin qorunması yollarından biri, bu məntəqələrdə əl işləri sənayesi məhsullarının himayə olunmasıdır. Bu günədək 14 şəhər və kənd beynəlxalq şəhər və kənd, həmçinin milli əl işləri sənayesi kimi qeydə alınıbdır.