70 metrlik nəhəng qüllə inşası
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i347747-70_metrlik_nəhəng_qüllə_inşası
Qərbin İrana qarşı rəhmsizcəsinə sanksiyalarına əsasən, iranlı sənaye işçiləri əvvəlkindən daha çox öz gənclərinin yaradıcılığı və novatorluğuna söykənərək, daxili zavodlarda daha iri layihələrin konstruksiyası və düzəldilməsini üzərlərinə götürüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2019 16:13 Asia/Baku
  • 70 metrlik nəhəng qüllə inşası
    70 metrlik nəhəng qüllə inşası

Qərbin İrana qarşı rəhmsizcəsinə sanksiyalarına əsasən, iranlı sənaye işçiləri əvvəlkindən daha çox öz gənclərinin yaradıcılığı və novatorluğuna söykənərək, daxili zavodlarda daha iri layihələrin konstruksiyası və düzəldilməsini üzərlərinə götürüblər.

Qorxmadan iqtisadi müstəqillik yüksəkliyinə gedib görmək lazımdır ki, İranın enerji təchizatları düzəldən ən böyük zavodu nələr düzəldir...

Müsahibə: İranın bütöv şəkildə düzəldilmiş ən hündür qüllərindən biri.

Əsəluyə üçün hazırlanan "Morvarid" adlı layihə. Uzunluğu 70 metr, çəkisi isə 195 tondur. Əlbəttə, qərara üzrə...

Müsahibə: Xarici ölkədən idxal edilməli və Ərak maşınqayırma zavodunun ixtiyarına verilməli idi.

Müsahibə: Bu qüllə 45 gün ərzində düzəldilib.

Halbuki dünyanın digər nöqtələrində düzəltmə standartı altı aydan səkkiz ayadəkdir.

Müsahibə: Təkrarolunmaz bir rekord qeydə aldıraraq, İranın və İran sənayesinin iftixarlarını artıra bildik.

Bu qüllə 150 mühəndis və fəhlənin iştirakı ilə düzəldildi.

Müsahibə: İnşa, xüsusən qaynaqçılıq üzrə ən yeni üsullardan istifadə etdik.

Bu qüllənin bölmələrindən birinə daxil olduq.

Reportyor: Bu şəraitdə işləmək çətin deyil?

Müsahibə: Bəli, çox çətindir. Qüllənin yuxarı bölməsindən daxil olaraq, qaynaq işi həyata keçirilməlidir.

Bu qüllədən Əsəluyədə etanın neft-kimya məhsullarına çevrilməsində istifadə olunmalıdır.

Müsahibə: İnşaallah, gələn həftə sahibkara təhvil verəcəyik.

Müsahibə: Elə bir səmtə gedirik ki, başqaları həmin işləri görmək hünərinə malik deyillər.

Müsahibə: Maşınqayırma kimi böyük kompleks öz işini genişləndirmək üçün yaradıcı və novator gənclərə tərəf getməlidir və bu layihə də elmi əsaslı iqtisadiyyat üçün böyük bir uğur hesab olunur.

İndi bu 70 metrlik qüllə ölkənin on milyon dollarlıq valyutasını qorumalıdır.

Müsahibə: Əgər bu zavodun əsl tutumundan istifadə olunarsa, təqribən 550 milyon dollar valyuta ölkə üçün ehtiyat olunar.

Yəni 8 milyon barreldən çox neftin dəyərində. Amma zavodun 20 faizlik fəaliyyəti ilə, ölkənin sənaye layihələrinin 50 faizindən çoxunun həyata keçirilməsindən əlavə, hər il 110 milyon dollar valyutanın ölkədən çıxmasının qarşısı alınacaqdır.