Asiya voleybol çempionatı; İran-Şri-Lanka: 3:0
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i348501-asiya_voleybol_çempionatı_İran_Şri_lanka_3_0
İranın milli voleybol komandası dünən kişilərin Asiya çempionatı yarışlarında Şri-Lanka yığmasına qalib gəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 14, 2019 02:18 Asia/Baku
  • Asiya voleybol çempionatı; İran-Şri-Lanka: 3:0
    Asiya voleybol çempionatı; İran-Şri-Lanka: 3:0

İranın milli voleybol komandası dünən kişilərin Asiya çempionatı yarışlarında Şri-Lanka yığmasına qalib gəlib.

İranın milli voleybol komandası kişilərin Asiya çempionatının ilk görüşündə dünən İran vaxtı ilə saat 18-30 dəqiqədə Tehranın 12 min nəfərlik “Azadi” idman zalında Şri-Lanka yığması ilə görüşüb və üç set dalbadal bu komandanı məğlub edibdir.

İran yığması bu oyunun üç setini müvafiq olaraq, 25-15, 25-17 və 25-23 ilə hesabı ilə öz xeyrinə qurtarıbdır.

İran komandası bu gün kişilərin Asiya çempionatının ikinci görüşündə Qətər yığması ilə görüşəcək.

Voleybol üzrə 20-ci Asiya yarışları sentyabrın 13-dən 21-dək Tehranda keçirilir.