İran voleybolçuları üçüncü dəfə Asiya çempionu oldular
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i349092-İran_voleybolçuları_üçüncü_dəfə_asiya_çempionu_oldular
İranın milli voleybol komandası Asiya çempionatının finalında Avstraliya komandasını məğlub edərək, üçüncü dəfə Asiya çempionu oldu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 21, 2019 16:21 Asia/Baku
  • İran voleybolçuları üçüncü dəfə Asiya çempionu oldular
    İran voleybolçuları üçüncü dəfə Asiya çempionu oldular

İranın milli voleybol komandası Asiya çempionatının finalında Avstraliya komandasını məğlub edərək, üçüncü dəfə Asiya çempionu oldu.

İranın milli voleybol komandası bu gün Asiya çempionatının finalında Avstraliya komandası ilə görüşüb və bu oyunu 3:0 hesabı ilə başa vurubdur.

Oyunun üç seti 25-14; 25-17 və 25-21 hesabı ilə başa çatıbdır.

İranın milli voleybol komandası bu yarışların seçmə mərhələsində Avstraliya komandasına məğlub olmuşdu.

Avstraliya finaldan öncəyədək özünün bütün yeddi oyununu qələbə ilə bitirmişdi.

Bu gün Yaponiya da Cənubi Koreyaya qalib gələrək, yarışların bürünc medalçısı olubdur.