Aorta qapağıının dəyişdirilməsi üzrə 100-cü uğurlu qapalı əməliyyat
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i349354-aorta_qapağıının_dəyişdirilməsi_üzrə_100_cü_uğurlu_qapalı_əməliyyat
Tehran ürək mərkəzinin mütəxəssisləri aorta qapağının dəyişdirilməsi üzrə "tavi" adlı 100-cü uğurlu qapalı əməliyyatı həyata keçirə biliblər. Tavi əməliyyatı yüngül anesteziya ilə qısa müddətə və açıq cərrahiyyəyə ehtiyac olmadan həyata keçirilir ki, xəstə tavi əməliyyatından maksimum üç gün keçəndən sonra gündəlik və adi fəaliyyətləri görməyə qadir olur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2019 17:21 Asia/Baku
  • Aorta qapağıının dəyişdirilməsi üzrə 100-cü uğurlu qapalı əməliyyat
    Aorta qapağıının dəyişdirilməsi üzrə 100-cü uğurlu qapalı əməliyyat

Tehran ürək mərkəzinin mütəxəssisləri aorta qapağının dəyişdirilməsi üzrə "tavi" adlı 100-cü uğurlu qapalı əməliyyatı həyata keçirə biliblər. Tavi əməliyyatı yüngül anesteziya ilə qısa müddətə və açıq cərrahiyyəyə ehtiyac olmadan həyata keçirilir ki, xəstə tavi əməliyyatından maksimum üç gün keçəndən sonra gündəlik və adi fəaliyyətləri görməyə qadir olur.

Ürək-damar xəstəlikləri üzrə mütəxəssislər bu gün süni aorta qapağının yerləşdirilməsi üzrə 100-cü uğurlu qapalı əməliyyatı qeyd etmək üçün bir araya gəlmişdilər. Bu əməliyyat dünyada tavi əməliyyatı kimi məşhurdur.

D-r Həmidreza Purhoseyni- Tehran ürək mərkəzinin baş həkimi:

Tavi qapağı bir balon üzərinə mindirilir, xəstənin budunda olan arteriya vasitəsilə qapağın içərisinə daxil olur və yeni qapağı yerləşdirərək, çölə çıxır. Bu əslində açıq ürək cərrahiyyəsi həyata keçirilmədən aorta qapağının dəyişdirilməsi deməkdir.

Bu əməliyyat ürək-damar xəstəliyinin müalicəsi sahəsində ən modern elmi naliyyətlərdən biridir.

D-r Əli Zeynəli- ürək-damar mütəxəssisi:

İndi dünyanın birinci müalicə xəttində durur. Yəni Avropa və Amerika tibbin gələcəyinin daha az aqressiv olacağına inanır.

Bu prosedur həm xəstə üçün açıq cərrahi risklərə malik deyildir, həm də onun həyat keyfiyyətinə müsbət təsir göstərir.

D-r Məhmud Şirzad- ürək-damar üzrə yüksək dərəcəli mütəxəssis:

Anesteziya yerinə, xəstə bir silikon və ya sadə anesteziya ilə müalicə olunur. Onun reanimasiya və intensiv terapiya bölməsində və xəstəxanada qalma müddəti azalır. Xəstənin normal fəaliyyətə qayıtması asandır.

İranda bu şəkildə müalicə olunmuş yüz xəstənin hamısı hazırda tamamilə sağlamdır və həyatını davam etdirir.

Bu gün xəstələrimiz dövlət mərkəzlərində ən aşağı xərclə tavi əməliyyatı biliyindən və onunla əlaqədar biliklərdən faydalana bilərlər.