Neftayırma zavodunun soyutma qüllələrinin təmiri texnologiyası əldə olunub
-
Neftayırma zavodunun soyutma qüllələrinin təmiri texnologiyası əldə olunub
Bütün İranın elektrik enerjisinin 6%-ni təmin edən elektrik stansiyası üzrə əsas təmirlər daxili gücə istinadla başa çatmaq üzrədir.
Hər şey ötən ilin mart ayından başlandı; Əhvaz şəhərinin “Ramin” elektrik stansiyasında möhtəşəm bir layihə. Soyutma qüllələri nəhəng avadanlıqlardır. Onların hər birinin çəkisi 20 tona çatır. Konkret vəzifələri var.
Müsahibə: Eynilə maşının radiatoru kimi işləyir. Maşının suyu qızarkən radiatorda soyuyur.
Bu elektrik stansiyası radiatorları daim rütubətlə yanaşı olduqlarına görə, yüksək xarabolma əmsalına malikidirlər. Onların düzəldilməsi də elə bu qədər həssasdır.
Müsahibə: Çox mühümdür. Böyük bir hissədə bir millimetr olmuş olarsa, 72 hissə ilə axırda 72 millimetr olar ki, bununla avadanlıq tamamilə yenidən düzəldilməlidir.
Bu köhnə soyutma qüllələri xaricilər tərəfindən düzəldilib. 20-30 il bundan öncə, amma xarici olaraq qalmamalıdır.
Müsahibə: Daxili podratçılardan istifadə etdik və iranlılaşdırdıq.
Müsahibə: Biz Şuştərdə istehsal etdiyimiz radiotorlarla xarici nümunələrə nisbətən daha iki dərəcə soyuda bildik.
Zavodda düzəltmə işi və elektrik stansiyasındakı köhnə avadanlıqların ayrılması eyni zamanda başlayır.
Daxili xammal, iranlı işçi qüvvəsi və iranlı ixtisası.
Müsahibə: Həm konstruksiyası, həm düzəldilməsi, həm çertyojları, həm də quraşdırılması tamamilə yerlidir.
Bu elmi əsaslı şirkət şəkər qamışında ixtisaslaşdırılmış bir kondensator olan ilk iranlı buxarlayıcını düzəltmək keçmişinə malikdir.
Bir neçə ay sutkalıq əməkdən sonra iranlı soyutma qüllələri öz işlərinə başladılar.
Müsahibə: İranlı gənclərə və mütəxəssislərə inamla daha yaxşı layihələri də işləmək olar.
İndi yeni soyutma qüllələri ölkənin bir neçə cənub vilayətində elektrik cərəyanında sabitliyi artırıbdır.
Əgər məsul şəxslər etimad edərlərsə, iranlı təchizat, işçi və mütəxəssis qüvvəsi gözəl nəticə verər.