Ötən 6 ayda İrana dörd milyon xarici turist gəlib
Sen 28, 2019 14:22 Asia/Baku
-
Ötən 6 ayda İrana dörd milyon xarici turist gəlib
İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri deyib ki, Amerikanın İrana qarşı zalımcasına sanksiyalarına rəğmən, 2019-cu il martın 22-dən sentyabrın 22-dək İrana dörd milyon xarici turist gəlib.
İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Əli Əsğər Munesan bu gün Zahidan şəhərində ümumdünya turizm konfransında əlavə edib ki, 2018-ci ildə İrana yeddi milyon 800 min turist səfər edib.
Munesan bildirib ki, gələcək turizm sənayesinə aiddir. O, qeyd edib: İran bütün turizm sektorlarında münasib imkanlara malikdir ki, bu sahənin tanınması və təqdimi üçün bir çox işlər görülübdür.
Ümumdünya turizm günü konfransı bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin mərkəzi- Zahidan şəhərində keçirilib.