İranın polad istehsalı artıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i349722-İranın_polad_istehsalı_artıb
İran öz polad istehsalının artması hesabına neçə ildir ki, dünyanın polad istehsalçılarının ön sırasında gedir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 01, 2019 12:17 Asia/Baku
  • İranın polad istehsalı artıb
    İranın polad istehsalı artıb

İran öz polad istehsalının artması hesabına neçə ildir ki, dünyanın polad istehsalçılarının ön sırasında gedir.

İri dəmir filizi mədənlərinə malik olan İran bu qiymətli filiz ilə polad istehsalı dövriyyəsini təkmilləşdiribdir.

Müsahibə: Biz Yaxın Şərqdə ən iri dəmir filizi ehtiyatlarına malikiik. Prioritetimizi polad istehsalı, polad hissələri və pelletizingə tərəf sövq etdiririk. Çünki çox yaxşı mənfəəti vardır.

İşçi qüvvəsi, enerji, mədənlər İranda tam istehsal dövriyyəsinin tələbatıdır.

Bugünkü polad sənayesində tam üstünlüyümüz var və polad sənayesinin ehtiyaclarını ödəyə bilmək üçün biliklərə əsaslanan şirkətlərə tədqiqat və elmi işlər barədə fikirlərini təqdim etmək imkanı yaradılıb.

Biz xammal satmamağa çalışırıq. Ölkədəki sənaye fəaliyyətlərini istehsal gövriyyəsinə yönəltməyə və məhsula çevirməyə çalışırıq ki, həm xammal satışının qarşısı alınmış olsun, həm də məşğulluğun yaradılması ilə yanaşı, izafi dəyər əldə etmiş olaq.

Polad sənayesində fəaliyyət göstərən biliklərə əsaslanan şirkətlər bu sərgidə öz bacarıqlarını polad sənayesi icmasının gözləri önünə sərgiləmişdilər.

Biz dəmir və polad sahəsində bir startap-ıq. Üç aya yaxındır ki, işə başlamışıq və bizim işimiz alıcı ilə satıcı arasındakı vasitəni aradan götürməkdir.

Biz Yaxın Şərqdə ən böyük tökmə və bu sahə üzrə detallar şirkətiyik. Daxili ehtiyaclarımızı təmin etməkdən əlavə, qonşu ölkələrə xidmətlər və ixracat da həyata keçirməyə çalışırıq.

İranda son dərəcə mühüm və zəruri bir sənaye kimi polad sənayesi məhsullarının istehsalı üzrə səy, İran Milli Polad Şirkəti rəsmilərinin/ üzərində işlədikləri məsələlərdəndir. Onlar sanksiyalarla mübarizə yollarından biri kimi onu qeyd edirlər.