Yaxın gələcəkdə İranda üç yerli süni peyk düzəldiləcək
-
Yaxın gələcəkdə İranda üç yerli süni peyk düzəldiləcək
İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini qarşıdakı üç ay ərzində İranda üç yerli süni peykin düzəldiləcəyindən xəbər verib.
Morteza Bərari dünən Əhvazda əlavə edib: Bu peyklər əlaqədar mərkəzlər tərəfindən buraxıldıqdan sonra müdafiə nazirliyinə təhvil veriləcək və bu nazirlik buraxma və orbitdə yerləşdirmə mərhələlərini həyata keçirəcəkdir.
İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini və İranın kosmonavtika təşkilatının sədri deyib: Daxili mütəxəssislərin səyləri ilə İran elm və texnologiya sahəsində bölgədə birinci, dünyada isə on birinci yerdə durur.
Morteza Bərari İranın kosmonavtika təşkilatının ən mühüm prioretitini elm və texnologiya, həmçinin kosmonavtika elminin sərvətə və rifaha çevrilməsi və onun yeni biznes sahəsinə daxil olması adlandırıb və belə əlavə edib: Hazırda modern texnologiyalardan bəhrələnməklə xalqın ehtiyaclarını minimum qiymət və ən yaxşı keyfiyyətlə təmin etmək olar.