Elmi faktlar qırmızı ətin xərçənglə əlaqəsinin olmasını təsdiq etmir
-
Elmi faktlar qırmızı ətin xərçənglə əlaqəsinin olmasını təsdiq etmir
Mübahisəli bir araşdırmanın nəticələri göstərir ki, qırmızı ət istehlakının xərçəngə və digər əlacsız xəstəliklərə tutulma təhlükəsini artırdığını sübut edən faktlar cüzi və yetərsizdir.
Qırmızı ətdən və onun məmulatlarından istifadə ilə xərçəngə tutulma ehtimalının artması arasında əlaqənin olmasını göstərən bir çox araşdırmanın mövcud olmasına rəğmən, hazırda beynəlxalq mütəxəssislərdən ibarət bir qrup bu sahədə mövcud olan dataları bir daha araşdıraraq bildiribdir ki, bu haqda yalnız zəif faktlar mövcuddur.
Hal-hazırda tövsiyə olunur ki, insanlar gündə yetmiş qramdan çox qırmızı ət və ya ondan əldə olunmuş məmulat istehlak etməsinlər.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 2015-ci ildə bildirmişdi ki, gündə əlli qram ət məmulatının istehlak olunması bağırsaq xərçənginə tutulma ehtimalını on səkkiz faiz artırır.