Nano sərgisində texnologiya turu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i350280-nano_sərgisində_texnologiya_turu
Texnologiyaya maraq göstərənlərin, texnoloqların və texnologiya sahəsi üzrə biznes fəallarının elmi səfərləri mövcud texnologiyalarla bağlı təqdim və tələb arasında texnologiya özəlliklərini və şəraiti daha yaxşı dərk etməyə və mühitdə iştiraka, həmçinin birbaşa anlaşmaya səbəb olur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 11, 2019 17:21 Asia/Baku
  • Nano sərgisində texnologiya turu
    Nano sərgisində texnologiya turu

Texnologiyaya maraq göstərənlərin, texnoloqların və texnologiya sahəsi üzrə biznes fəallarının elmi səfərləri mövcud texnologiyalarla bağlı təqdim və tələb arasında texnologiya özəlliklərini və şəraiti daha yaxşı dərk etməyə və mühitdə iştiraka, həmçinin birbaşa anlaşmaya səbəb olur.

Xəbərlərə əsasən, İran nano texnologiyası sahəsində dünyada dördüncü yeri əldə edibdir. Biz də qərara aldıq ki, bir texnologiya sərgisi turunda sizi bu nailiyyətlərin bir hissəsini görməyə dəvət edək.

Təyyarə şüşəsi

Müsahibə:

Bu texnologiya hazırda beş ölkənin əlindədir. İran altıncı ölkə kimi bu sahəyə daxil ola bilib. İran Foker-50, Foker-100 və Boeinq-737-nin şüşələrini istehsal edə bilibdir və hazırda da Airbus üzərində işləyirik. Nano texnologiyası ilə bir örtük əsasında ITU kimi tanınan keçirici, müəyyən metod/ və havanın çox soyuq olduğu yüksək hündürlükdə istiliyin yaradılması xüsusiyyəti ilə sərtliyin növü/ və bir olması lazım olan kabinin daxili və xarici təzyiqinin standart olması ilə istehsal olunur.

Nanostruktur boya

Müsahibə: Rənglər daha parlaqdırlar. Oxşar xarici boyalardan daha yüksək yuma qabiliyyətinə və aşınma dayanıqlığına malikdirlər. Yüngüldürlər.

Amalgamaların diş kompoziti ilə dəyişdirilməsi

Müsahibə:

Çox yaxşı aşınma xüsusiyyətlərinə malikdir, daha az büzüşür. Qida və Dərman Təşkilatından lazımi lisenziyaları əldə etmək üçün on səkkiz ay çəkdi.

Binaların fasadlarını yüngülləşdirmək və qənaət etmək üçün kərpic

Müsahibə:

Adi kərpicdən daha davamlıdırlar. Görünüş baxımından da daş fasadlarla rəqabət qabiliyyətinə malikdirlər. Bir-birilərinə kilidlənirlər. Daha az mala istehlak edir və zəlzələyə davamlıdırlar.

Bəs bu texnologiyayanın investisiya həcmi nə qədərdir?

Müsahibə:

Bu şirkətlər bu il təxminən iki trilyard 600 milyard tümənlik bir bazar əldə edə bildilər ki, bu da keçən ilə nisbətən təqribən 90 faiz artımdan xəbər verir.

Tehran Beynəlxalq Sərgisi 12-ci Nanotexnologiya Festivalına ev sahibliyi edir. Bu olayda nanotexnologiya sahəsində son nailiyyət və dəyişikliklər maraqlananlara təqdim olunur.