Avropanın mərkəzində Xorasan
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i350373-avropanın_mərkəzində_xorasan
2019-cu ildə Avropanın mədəniyyət paytaxtı Matra şəhərindəki bir küçəyə Xorasan adı verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2019 15:38 Asia/Baku
  • Avropanın mərkəzində Xorasan
    Avropanın mərkəzində Xorasan

2019-cu ildə Avropanın mədəniyyət paytaxtı Matra şəhərindəki bir küçəyə Xorasan adı verilib.

2019-cu ildə Avropanın mədəniyyət paytaxtı olan Matra şəhəri bir küçəyə Xorasan adı verdi. Bu mədəniyyət tədbiri İran İslam Respublikasının İtaliyadakı səfirliyinin Mədəniyyət Mərkəzi, Məşhəd Bələdiyyəsi və Şəhər Şurası və Matra bələdiyyəsinin iştirakı ilə həyata keçirildi.

Tezliklə Matra şəhəri ilə Tus şəhəri arasında qardaşlaşma müqaviləsi bağlanmalı və Xorasan küçəsinin kənarındakı parkda Firdovsinin büstü yerləşdirilməlidir.

Rafaelo De Rougieri, Matra şəhərinin meri: Şəhərimizin küçələrindən birinin Xorasan adlandırılması İran və İtaliya xalqlarının bir-birilərinə daha da yaxınlaşmaları, həmçinin dinc yanaşı yaşama, sülh və qardaşlıq dəyərlərinin gücləndirilməsi məqsədilə həyata keçirilibdir.

Əkbər Qoli, İranın  Romadakı mədəniyyət müşaviri: İran İslam İnqilabından sonra ilk dəfədir ki, İtaliyada bir prospektə İranın ən əhəmiyyətli vilayətlərindən birinin adı verilir. Bu proqramın orijinal fikri 150 il əvvəl Matradan olan İtalyan bir fotoqraf tərəfindən İmam Rza(ə)-ın müqəddəs ziyarətgahından çəkilmiş ilk görüntülərə qayıdır.

Avropanın mədəniyyət paytaxtında bir küçənin Xorasan adlandırılması ilə bir zamanda bu şəhərdə keçirilən "Matradan Məşhəd Tusuna qədər" adlı sərgidə İmam Rza (ə) ziyarətgahının köhnə və yeni şəkilləri ictimaiyyətə nümayiş etdirilib.

Şəkillər toplusuna Matra şəhərindən olan italyan fotoqraf Antonio Janotsidən on qədim fotoşəkil və Məhəmməd Xoşrudan 30 yeni foto daxil olubdur.

Paskuale Dorya, italyan jurnalist və yazıçı: Şəhərimizdə bir küçəyə İranın Xorasan vilayətinin adının verilməsi və Məşhəd sərgisinin keçirilməsi Məşhəd ilə Matra arasında daha artıq dostluq əməkdaşlığı yolunun başlanğıc nöqtəsidir.

Həmidreza Movahhedizade- Məşhəd İslam Şurası sədrinin müavini və idarə heyətinin üzvü: Matra şəhərində bir küçənin Xorasan adlandırılması İslam ölkələrinin mədəniyyət paytaxtı kimi Məşhəd ilə Avropanın mədəniyyət paytaxtı olaraq Matra arasında əməkdaşlıq üçün bir əsas ola bilər.

Dünyanın ən qədim yaşayış mağaralarına malik olan qədim Matra şəhəri qayaların mərkəzində, Xorasan küçəsi isə şəhərin müasir hissəsində yerləşir.

Yaxın zamanda Matra şəhəri ilə Tus şəhəri arasında qardaşlaşma müqaviləsi bağlanmalı və Xorasan küçəsinin kənarındakı parkda Firdovsinin büstü yerləşdirilməlidir.