Nablus sabunu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i351066-nablus_sabunu
Bəlkə də az sayda insan məşhur Fələstin sabunu haqqında eşitmiş olsun. Bu sabunun Fələstində böyük tərəfdarları var. Hətta işğal belə, bu Fələstin məhsulunun istehsalına və sevilməsinə mane ola bilmədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2019 17:51 Asia/Baku
  • Nablus sabunu
    Nablus sabunu

Bəlkə də az sayda insan məşhur Fələstin sabunu haqqında eşitmiş olsun. Bu sabunun Fələstində böyük tərəfdarları var. Hətta işğal belə, bu Fələstin məhsulunun istehsalına və sevilməsinə mane ola bilmədi.

“Səbanə Tuqan” emalatxanası 1972-ci ildə Nablus şəhərində inşa olundu və hələ də zeytun yağı ilə sabun istehsalını davam etdirir. Bu emalatxanada sabunun ənənəvi surətdə istehsal olunmasına rəğmən, onun məhsulları dünyada məşhurdur.

Sabun istehsalçısı: Nablus sabunu zeytun yağından istehsal edilir. İdxal olunan sabunların hamısı süni və kimyəvi yağlarla istehsal olunur.

Nablus sabununu istehsal etmək üçün müxtəlif etaplar keçilməlidir... İlk mərhələdə iri miqdarda zeytun yağı qızdırılır. Zeytun yağı tibbi cəhətdən saysız-hesabsız faydalara malikdir. Zeytun yağı beş gün müddətinə mülayim şəkildə qızdırıldıqdan sonra sabun istehsalı üçün hazırlanmış maddə düz və geniş bir sahəyə tökülür. Bərkidikdən sonra sabunlar eyni forma və ölçülərdə kəsilir və bir-birilərinin üzərinə yığıldıqdan sonra iki ay müddətinə havada qalmalıdır ki, tamamilə qurumuş olsun. Sabunlar quruduqdan sonra onları qablaşdırır və daxili və xarici bazarlara göndərirlər.

Fələstinli: Bu sabunun dəri, saç və üz üçün böyük faydaları var.

Sabun istehsalçısı: Nablus sabunu üz və dəri üçün çox yaxşıdır və saç üçün gidalandırıcı maddələrə malikdir.

Nablus sabunu zeytun yağı tərkibi ilə ən yaxşı təbii yuyucudur və öz sağlamlığı və gözəlliyinə önəm verən və kimyəvi maddədən istifadə etmək istəməyən kəs üçün Nablus sabunu ən yaxşı alternativdir.