Mərivanda işsiz olmayan bir kənd
-
Mərivanda işsiz olmayan bir kənd
Uzaq illərdə coğrafi sərhədlərin müdafiəsi sahəsində daxili və xarici düşmənlə döyüşən sərhədçi sərhəd sakinləri hazırda iqtisadi cəbhədə də başıucalıq, istehsal və əməklə öz kəndlərində işsizliyin kökünü kəsiblər. Bu işsiz olmayan kənddən bir reportaja nəzər salaq.
“Çur” sərhəd kəndi. İşsiz olmayan bir kənd kimi tanınan Mərivanın pak təbiətində həmişəyaşıl bir kənd. Kişili-qadınlı, hamı bir işlə məşğuldur və iş onların həyatı ilə ünsiyyət tapıbdır
m.q- Uşaq bağçasını özüm işə salmışam. Həm özüm üçün məşğulluq yaranıb, həm də uşaqların başları qal olur.
Kəndin nümunəvi sahibkarının yanına getdik. “Hər barmağından bir hünər yağır” deyilən qadınlardandır.
m.q- Yazın əvvəlində gülab tutmağa başlayıram. Sonra arıçılıq, qışda da toxuculuqla məşğul oluram.
Xanım Rəhmani kənd qadınlarının xırda fondunun müdiridir. Bu fondun hazırda yüz üzvü var.
m.q- Məsələn, birinin işi, arıçılıqdır. O birisininki toxuculuq, güldüzəltmə, bərbərlik, dərzilik, kəlaştoxuma və tikmədir. Sözün qısası, xanımların hər biri bir işlə məşğuldur.
Çur-un “işsiz olmayan bir kənd” adını alması üçün məsul şəxslərin də əməyi olubdur.
m.k- Xoşbəxtlikdən, 1397-ci günəş ilində Çur kəndini kənd bölgələrində 115 məşğulluqyaratma layihəsi çərçivəsində 150 nəfərin işlə məşğul olması üçün 20 milyard rialdan çox kreditlə işsiz olmayan bir kənd etməyə müvəffəq olduq.
İndi bu kənd şəhərə səfərin ağır yükünü daşımaq istəyən şəxslər üçün münasib bir meyardır.
İşsizliklə məşğulluq arasında təkcə kiçik bir fərq var- fikirləşmə tərzində fərq. Bu kəndin əhalisi onun öhdəsindən yaxşı gəlibdir.