İranın taekvondo komandası Serbiya turnirində ikinci olub
Okt 28, 2019 12:14 Asia/Baku
-
İranın taekvondo komandası Serbiya turnirində ikinci olub
İranın kişilərdən ibarət taekvondo komandası altı medal qazanaraq, 18-ci beynəlxalq Serbiya turnirində ikinci olub.
Bu yarışların sonunda İranın kişilərdən ibarət taekvondo komandası iki qızıl, bir gümüş və üç bürünc medal qazanıb, 20 xal toplayaraq, turnirin 2-ci pilləsində durubdur.
Bu yarışlarda Meksika üç qızıl, bir gümüş və 24 xalla çempion olub. Avstraliya da iki qızıl və 14 xalla üçüncü yeri tutub.
İranın taekvondo komandası bu yarışlarda təkcə kişilər bölməsində yarışıbdır.
Taekvondo üzrə yuxarı yaş qrupunda keçirilən 18-ci beynəlxalq Serbiya turniri 285 idmançının iştirakı ilə Belqradda keçirilibdir.