Kermanşahda Həşilan nohuru
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i361367-kermanşahda_həşilan_nohuru
Builki yağıntılar nəticəsində Kermanşahdakı Həşilan nohurunun çalalarının dolması bu bölgənin isti və quru günləri üçün xas bir önəm daşıyacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2020 15:09 Asia/Baku
  • Kermanşahda Həşilan nohuru
    Kermanşahda Həşilan nohuru

Builki yağıntılar nəticəsində Kermanşahdakı Həşilan nohurunun çalalarının dolması bu bölgənin isti və quru günləri üçün xas bir önəm daşıyacaq.

Bu quşlar Həşilan nohuru boyunca nəzərə çarpırlar. Bunlara «Misir vağı» deyilir. Əksərən mal-qara sürülərinin yaxınlığında görünürlər.

Kişi: Bu quşlar bu nohurun yerli quşlarıdırlar.

Bu günlər bu quşların bir çoxunun qamışlıqlar arasında toxum qoymaları fəslidir.

Fəlahəti- Kermanşah ekologiya idarəsinin sədri: Cücələr böyüyəndən sonra şimal bölgələrinə mühacirət edirlər. Əksərən buranın öz quşlarıdırlar.

Bahar yağıntıları nohurun vəziyyətini yaxşılaşdırıbdır. Həşilan nohurunun işlənməsilə kənd təsərrüfatı və heyvandarlıq da canlanıbdır.

Həşilan yolunda gözəl mənzərələr göz oxşayır. Daima küləkli olan Xorin təpələrində nohurun gözəlliklərini daha artıq müşahidə etmək olar.

Buranın yağışları ildırımlıdır, amma nohurun yüz ada və ətrafındakı çalalarla mövcud olması daşqınlara mane olur.

KERMANŞAHDA HƏŞİLAN NOHURU