May 30, 2020 12:25 Asia/Baku
  • İrəvanın ermənilərə verilməsində türk Osmanlı hökümətinin rolu

Qədim Azərbaycan məkanı və şəhəri olan İrəvanın 1918-ci il mayın 29-da ermənilərə verilməsi, daha dəqiq, güzəştə gedilməsi faktdır.

SəhərAzəri Axar.az-a istinadla xəbər verir ki, bu sözləri tarixçi-alim Solmaz Rüstəmova-Tohidi geniş məqaləsində qeyd edib. O bildirib ki, hadisələrə baş verdiyi şərait və şərtlərlər birgə, kompleks yanaşma lazımdır:

“Ermənilərin (Osmanlı və Qafqaz) hələ XVII əsrdən bəri Avropa, Rusiya və Yaxın Şərq ölkələrinin dəstəyi ilə “dənizdən dənizə” dövlət yaratmaq uğrunda apardıqları ciddi mübarizə, I dünya müharibəsində qalib Antanta dövlətləri (İngiltərə, Fransa, Rusiya, ABŞ) tərəfində əli silahlı nizami ordularda vuruşmaları, erməni siyasətçilınərinin genişmiqyaslı diplomatik təbliğatlarının nəticəsi olaraq bu müharibənin sonluğuna yaxın erməni dövlətinin yaranması danılmaz zərurət idi, söhbət sadəcə onun hansı ərazilərdə yaradılacağından gedirdi.

İddia etdikləri Osmanlı vilayətləri 1915-ci ildən başlayaraq xəyanətkar erməni əhalisindən demək olar ki, təmizlənmişdi. Erməni mənbələrinin özlərinin yazdığına görə, 350-450 min nəfər hüdudunda Osmanlı erməniləri 1916-1917-ci illərdə daşnak qoşunlarının müşayiəti ilə Cənubi Qafqaza, əsasən İrəvan quberniyasının ərazilərinə keçmiş, burada yerli azərbaycanlı əhalini kütləvi surətdə qırmış və qovmuş, məskənlərini zəbt etmiş, bölgənin demoqrafik vəziyyətini əsaslı surətdə dəyişmişdilər”.

Alim vurğulayıb ki, konkret həmin dövrdə bölgədəki siyasi proseslərdə Osmanlı dövlətinin aparıcı rol oynadığı, bu səbəbdən Ermənistanın hansı ərazilərdə yaradılması məsələsini də məhz Osmanlının müəyyənləşdirdiyi tarixi həqiqətdir.

Teqlər

Şərhlər