Yuxudan durduqdan sonra konfet yeyin
Yeni bir araşdırmanın nəticəsi göstərir ki, yuxudan duran kimi şirniyyat istehlakı əslində piy əritməsinə kömək edə bilər.
SəhərAzəri-nin məlumatına əsasən, alimlər deyirlər ki, günün konfet və şokoladla başlanması gözlənilməz faydalar verə bilər. Konfet istehlakı piyin əridilməsinə və qanda qlükoza səviyyəsinin azalmasına kömək edir.
Tədqiqatçıların sözlərinə görə, səhər çağı südlü konfetdən istifadə çəkinin artmasına bais olmur, ehtimal üzrə iştahanı aradan qaldırma amili rolunu oynadığına görə.
Əslində göstərilibdir ki, səhər saatlarında südlü şokolad və konfetdən istifadə piyin əridilməsinə və qanda qlükoza səviyyəsinin azalmasına kömək edir. Bu, ehtimal üzrə piy oksidləşməsini artıran və təbii surətdə kakaoda tapılan «flavanol» adlı faydalı kimyəvi maddələrə görədir.