İyul 22, 2021 12:13 Asia/Baku
  • güləş
    güləş

51 kiloqram çəki dərəcəsində mübarizə aparan iranlı güləşçi Əli Xürrəmdel Macarıstanda keçirilən yeniyetmələrin sərbəst güləş üzrə dünya çempionatında qızıl medal qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İyulun 19-da Macarıstanın Budapeşt şəhərində başlanan yeniyetmələrin sərbəst güləş üzrə dünya çempionatı qalib komandalar və güləşçilərin müəyyən edilməsilə başa çatacaq.

51 kiloqram çəki dərəcəsində Əli Xürrəmdel ilk mərhələdə Polşadan olan Adrian Sikoranı on-sıfır hesabı ilə məğlub edib.

O, ikinci etapda və dörddə bir final mərhələsində Azərbaycan Respublikasından olan Elman Məmmədovu da elə bu hesabla məğlub edib.

Xürrəmdel finalda özbəkistanlı Nodirbek Cumanazarovu iki-bir hesabı ilə məğlub edərək, qızıl medal alıb.

 

Teqlər