İranlı qız armrestlinq üzrə Asiya ikincisi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i380346-İranlı_qız_armrestlinq_üzrə_asiya_ikincisi_olub
İranın yeniyetmələr üzrə yığma armrestlinq komandasının üzvü Asiya çempionatının gümüş medalını qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 22, 2021 07:24 Asia/Baku
  • İranlı qız armrestlinq üzrə Asiya ikincisi olub

İranın yeniyetmələr üzrə yığma armrestlinq komandasının üzvü Asiya çempionatının gümüş medalını qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın yeniyetmələr üzrə yığma armrestlinq komandasının üzvü, ölkənin Sistan və Bəluçestan vilayətindən olan on beş yaşlı Bahar Bədii, Qazaxıstanın Almatı şəhərində keçirilən Asiya çempionatında sol əl bölməsindəki görüşlərdə iki qazaxıstanlı rəqibini məğlub edib.

Bədii özünün üçüncü görüşündə də digər bir qazaxıstanlı rəqiblə qarşılaşıb, lakin bu dəfə məğlub olaraq, yeniyetmələr arasında yetmiş kiloqram çəki dərəcəsində gümüş medal əldə edib.