İran 2020-ci il paralimpiya oyunlarında ilk medalını qazanıb
-
İran
İranın 65 kiloqramdan aşağı çəki dərəcəsində mübarizə aparan ağırlıq qaldıranı Əmir Cəfəri 2020-ci il Tokio paralimpiya oyunlarında gümüş medal qazanıb. Bu, İran karvanının həmin oyunlardakı ilk medalıdır.
SəhərAzəri-nin verdiyi məlumata görə, Tokio paralimpiya oyunlarının 65 kiloqramdan aşağı çəki dərəcəsi üzrə yarışları bu gün Tokionun “İnternational Forum” zalında başlanıb.
Bu dəstədə dünyanın müxtəlif ölkələrindən on idmançı iştirak edib. Əmir Cəfəri də bu yarışlarda İranı təmsil edibdir.
Bu dəstənin yarışlarının sonunda Çin nümayəndəsi Lio Li 198 kiloqram göstərici ilə qızıl medala çatıb.
Əmir Cəfəri 195 kilo ilə ikinci, Əlcəzair nümayəndəsi Bətir Həsinə isə 192 kilo ilə üçüncü olublar.
Əmir Cəfəri bir təkanla ağırlıqqaldırmanın ilk mərhələsində 195 kiloqram ağırlığı qeydə aldırıb. İranlı idmançı 196 kiloqram olan ikinci hərəkətdə səhvə yol verib. O, üçüncü hərəkətdə də 198 kiloqram ağırlığı qaldıra bilməyibdir.
Cəfərinin bu medalı ilə İran karvanının ilk medalı əldə edilib.