Pastor vaksini İranın vaksinasiya sisteminə əlavə edilib
Okt 05, 2021 14:31 Asia/Baku
-
Pastor vaksini
İranın Qida və Dərman Təşkilatının sədri Pastor peyvəndinin İranın vaksinasiya sisteminə əlavə edildiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Rza Şanesaz bu vaksinin ilk partiyasının əlçatanlıqda qərar tapdığını deyib.
İranın Qida və Dərman Təşkilatının sədri bildirib ki; “indiyədək bu vaksindən altı milyon doza səhiyyə nazirliyinə təhvil verilib və ümid edirik ki, İranın Pastor İnstitutu ilə kubalı tərəf arasındakı razılaşmaya əsasən, istehal edilən vaksinlərin sayı on milyon dozayadək artacaq.”
Kubada «Soberana», İranda isə «Pastokovak» adlandırılan qeyd olunan peyvənd İranın Pastor İnstitutu ilə Kubanın Finlay İnstitutunun birgə məhsuludur.
Bu peyvənd klinik test etaplarını bu iki ölkədə keçirib.
Teqlər