Mars milyardlarla il bundan qabaq daşqınların şahidi olub
Okt 10, 2021 12:56 Asia/Baku
-
Mars
«Persorans» marsoxodundan son zamanlar əldə olunan təsvirlər göstərir ki, bu planet milyardlarla il bundan qabaq qəfil daşqınların baş verməsinin şahidi olub.
SəhərAzəri-nin məlumatına əsasən, «Persorans» marsoxodu tərəfindən toplanmış məlumatları araşdıran NASA-da aparılan yeni bir tədqiqat göstərir ki, Mars, xüsusən, alimlərin düşündüklərinə görə, milyardlarla il bundan öncə həyat açarı olmuş Cizero krateri bölgəsi bizim bu gün şahidi olduğumuz qaya perspektivlərinin yaranması ilə nəticələnən mühüm daşqınların şahidi olub.
Bu marsoxodun fevralın 18-də enişi zamanı çəkilən bu foto-şəkillər göstərir ki, milyardlarla il bundan qabaq mars xeyli sayda suya özündə yer verə bilən qatı atmosferə malik olub.