İranın milli futbol komandası "A" qrupunda liderliyini qoruyub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i382047-İranın_milli_futbol_komandası_a_qrupunda_liderliyini_qoruyub
2022-ci ildə Qətərdə təşkil ediləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində İranın milli komandası dördüncü görüşündə "Azadi" stadionunda Cənubi Koreya ilə qarşılaşıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 13, 2021 09:24 Asia/Baku
  • İranın milli futbol komandası
    İranın milli futbol komandası

2022-ci ildə Qətərdə təşkil ediləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində İranın milli komandası dördüncü görüşündə "Azadi" stadionunda Cənubi Koreya ilə qarşılaşıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın milli futbol komandası çərşənbə axşamı, Azadi Stadionunda Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən dördüncü görüşündə Cənubi Koreya qarşısında bir-bir hesabı ilə heç-heçə etsə də, 10 xalla "A" qrupunun cədvəlində liderliyini qoruyub saxlayıb.

Görüşdə ilk olaraq, Cənubi Koreya 49-cu dəqiqədə hesabı açıb ki, Əlirza Cahanbəxşın 76-cı dəqiqədə vurduğu cavab qolu ilə oyun 1-1 bərabər hesabla sona çatıb.

İranın milli komandası bu nəticə ilə 10 xal qazanıb və "A" qrupunun cədvəlində liderdir, Cənubi Koreya isə 8 xalla ikinci yerdədir.