Müsəlman ulduz Messidən də yaxşıdır
Okt 17, 2021 09:59 Asia/Baku
-
Məhəmməd Səlah
Liverpul-un baş məşqçisi inanır ki, komandasındakı müsəlman ulduz Messidən də yaxşı oynayır və dünyanın ən yaxşı oyunçusudur.
SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Səlah dünən gecə bir daha dünya medialarının böyük süjetinə çevrildi və fövqəladə bir hərəkətlə İngiltərə mövsümünün ən gözəl qollarından birini vura bildi. Bu qol FİFA Puşkaş mükafatına namizədliyə də çevrilə bilər.
Yurgen Klopp, komandasının 5-0 hesabı ilə başa vurduğu Uorford klubu ilə görüşdən sonra keçirilən mətbuat konfransında müsəlman ulduzu tərifləyib.
Klopp bildirib ki; o, hazırda fövqəladə bir formadadır. Bu oyunda Firmino het-trik etdi, Sadio Mane də qol vurdu, amma Səlahın bu oyundakı gözəl oyunundan keçmək olmaz.