Dünyanın ən nüfuzlu elmi jurnalında İran vaksini barədə məqalə dərc edilib
-
Kovo-İran Bərəkət
Ən nüfuzlu beynəlxalq elmi jurnallardan birində İranın koronavirusa qarşı "Kovo-İran Bərəkət" peyvəndinin "prevaksinasiya və texniki bilikləri" məqaləsi dərc edilib.
SəhərAzəri-nin məlumatına əsasən, "İRNA"nın məlumatına görə, "Bərəkət" peyvəndi layihəsinin texnoloqu Əsğər Əbdüli deyib: "Bərəkət peyvəndi elmi məqaləsi və istehsal sənədləri təqdim edildikdən sonra bu məqalələr münsiflər mərhələsindən keçərək, hakimlərin xüsusi suallarını cavablandırdıqdan sonra "Kovo-İran Bərəkət" peyvəndinin prevaksinasiya məqaləsi "Medical Virology" jurnalında dərc edilib.
Əbdüli qeyd edib ki, "Kovo-İran Bərəkət" peyvəndi ilə bağlı çoxsaylı məqalələr nüfuzlu jurnallara göndərilib ki, hazırda münsiflər mərhələsindədir".
O, deyib: "Ümid edirik ki, bu peyvəndlə bağlı digər məqalələr də tezliklə dərc olunacaq".
"Kovo İran Bərəkət" peyvəndi təsdiqini alan koronavirusa qarşı ilk İran peyvəndidir ki, hazırda vaksinasiya mərkəzlərində tətbiq olunur.