İki iranlı futbolçu dünyanın ən yaxşı oyunçusu adına namizəd edilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i382580-İki_iranlı_futbolçu_dünyanın_ən_yaxşı_oyunçusu_adına_namizəd_edilib
İranın yığma futbol komandasının iki oyunçusu 2021-ci ildə dünyanın ən yaxşı oyunçusu adına namizəd edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2021 16:21 Asia/Baku
  • İki iranlı futbolçu
    İki iranlı futbolçu

İranın yığma futbol komandasının iki oyunçusu 2021-ci ildə dünyanın ən yaxşı oyunçusu adına namizəd edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın ən yaxşı oyunçusu adına namizədləri elan edib və «Porto» klubunun hücumçusu Mehdi Taremi və «Zenit» komandasının hücumçusu Sərdar Azmunun adları namizədlər arasındadır.

Qətərli Əkrəm Əfif, əmirliklərdən olan Əli Məbxut və koreyalı Son Xın Min, adları bu siyahıda olan digər asiyalılardırlar.

Ötən il Münhenin «Bayern» klubunun polşalı ulduzu- Levandovski bu adı qazanmışdı.