Bu ilin "Qızıl Top" namizədlərinin sıralaması ifşa olunub
-
Qızıl Top
Nüfuzlu "Goal" saytının müxbiri bu ilin "qızıl Top" mükafatının qalibini proqnoz edib.
SəhərAzəri-nin məlumatına əsasən,2021-ci ilin "Qızıl Top" mükafatının təqdimetmə mərasimi "France Football" nəşri tərəfindən Fransanın paytaxtı Parisdə keçiriləcək və dünyanın ən yaxşı oyunçusu müəyyən ediləcək.
Bununla bağlı "Goal" saytı çox saylı jurnalistlər arasında rəy sorğusu apararaq, əsas namizədlərin sırasını açıqlayıb. Rəy sorğusunda iştirak edən bütün hurnalistlər Messini bu mükafatın qalibi kimi təqdim ediblər.
Həmçinin "Sersport" jurnalının 3 müxbiri də yekdilliklə sabahkı mərasimdə namizədlərin sıralamasını belə ifadə ediblər:
1-Lionel Messi
2-Robert Levandovski
3-Kərim Benzema
4-Corcinyo
5-Erlinq Haland
Səbr edib "France Football" nəşrinin builki "Qızıl Top" mərasimində hansı oyunçunun bu mükafatın qəti qalibi olacağını sabaha qədər gözləmək lazımdır.
Messi qalib gələcəyi təqdirdə, yeddinci Qızıl topunu qazanacaq və 5 Qızıl Topa sahib olan Ronaldo ilə məsafəni artıracaq.
Qeyd edək ki, "Qızıl top"a 30 futbolçu iddialıdır. Bu mükafatın qalibi dünyanın 96 jurnalistinin səsverməsi nəticəsində bəlli olur. "France Football" nəşri koronavirus pandemiyasına görə ötən il mükafatı heç bir oyunçuya verməyib. "Qızıl top"u sonuncu dəfə 2019-cu ildə Lionel Messi qazanıb.