Omikron-a yoluxma halları yüngüldür
Dek 03, 2021 09:39 Asia/Baku
-
Omikron
Ümumdünya Səhiyyə Təşkilatı koronanın omikron ştammına yoluxma hallarının əksər hissəsinin yüngül olduğunu və mövcud vaksinlərin onun qarşısında yüksək qoruyuculuğa malik olduqlarını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Təşkilatın ekspertləri vurğulayırlar ki, vaksinin təsirediciliyinin azaldığını göstərmək üçün heç bir fakt mövcud deyil.
Ümumdünya Səhiyyə Təşkilatının rəsmilərindən biri bu qənaətdədir ki, araşdırılan hallar zəif olsa da, hələ yeni ştamm barədə çox məlumat yoxdur.
Botsvananın səhiyyə nazirliyi də dünən bildiribdir ki, omikron ştammından müəyyən edilən halların səksən faizə yaxını əlamətsiz olubdur.
Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, hal-hazırda koronanın qırxdan çox mutasiyası aşkar edilib.