İran və AR-nın ədəbi ortaqlığının parlaq siması
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i383933-İran_və_ar_nın_ədəbi_ortaqlığının_parlaq_siması
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi deyib ki; Nizami Gəncəvi İran, Azərbaycan Respublikası və bəşəriyyətin insani və ədəbi ortaqlığının parlaq siması, həmçinin ən yaxşı və ən möhkəm əlaqə körpülərindən biridir və onun təfəkkürlərindən layiqincə bəhrələnməliyik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2021 10:55 Asia/Baku
  • Nizami Gəncəvi
    Nizami Gəncəvi

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi deyib ki; Nizami Gəncəvi İran, Azərbaycan Respublikası və bəşəriyyətin insani və ədəbi ortaqlığının parlaq siması, həmçinin ən yaxşı və ən möhkəm əlaqə körpülərindən biridir və onun təfəkkürlərindən layiqincə bəhrələnməliyik.

SəhərAzəri-nin məlumatına əsasən, Qurbanəli Purmərcan Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfransda onun və Firdovsinin İran sivilizasiyasındakı rolları, həmçinin Nizaminin irfani şerləri və elmi dərəcəsinə işarə ilə qeyd edib ki, Nizami Gəncəvi müxtəlif sahələrdə elm səviyyələrinə çatmışdı.

Purmərcan söyləyib: Nizami elə şairlərdəndir ki, şübhəsiz, onu fars şerinin dayaqlarından və bu dilin mütləq ustadlarından hesab etmək lazımdır. O, Firdovsi və Sədi kimi xas bir səpki və ya üslub yaratmağa və ya təkmilləşdirməyə müvəffəq ola bilmişdi, amma Nizaminin böyük imtiyazı, onun dastan yazmasıdır.

Xəzər Universitetinin banisi və rəyasət heyətinin sədri Hamlet İsaxanlı isə Nizami Gəncəvini fəlsəfə, riyaziyyat, astronomiya və bəzi digər elmlərdə özünü yüksək dərəcəyə çatdıra bilən böyük bir ədib adlandırıb və bildirib ki, bütün bunlara baxmayaraq, Nizami Gəncəvi böyük bir şair idi ki, şerləri onun “Xəmsə”sində toplanıb və özü daima bəşəriyyəti ruhi cəhətdən qidalandıran ensiklopediyaya bənzəyir.