Taremi dünyanın 50 ən yaxşı futbolçuları sırasında
-
Mehdi Taremi
Portuqaliyanın Portu klubunun iranlı hücumçusu Mehdi Taremi oyun sayına görə dünyanın 50 ən yaxşı futbolçuları sırasında yer alıb.
SəhərAzəri-nin məlumatına əsasən, Futbol üzrə statistik araşdırmalar aparan "CIES" araşdırma qrupu 2021-ci ildə oyunların sayına görə dünyanın ən yaxşı 50 futbolçusunun siyahısını açıqlayıb.
Bu sıralama 2021-ci il yanvarın 1-dən dekabrın 1-dək futbolçuların oyun müddətinə, oynadıqları komandaların və ya iştirak etdikləri matçların idman səviyyəsinə əsasən aparılıb və Portu komandasının iranlı hücumçusu Mehdi Tareminin də adı bu sıralamada yer alıb.
İran milli futbol komandasının hücumçusu "Mehdi Taremi" bir il ərzində Portuqaliyanın "Porto" klubunun heyətində 4 min 604 dəqiqə oyun keçirərək, oyun sayına görə,dünyada 46-cı yerdədir.
Taremi bu reytinqdə "Mançester Yunayted"in portuqaliyalı ulduzu "Kristiano Ronaldo"dan cəmi yeddi pillə aşağıdır.