İranlı idmançıların sinələrində Asiya karatesinin rəngli medalları
Dek 20, 2021 07:11 Asia/Baku
-
karate
İranın karate üzrə milli komandası Qazaxıstanın Almatı şəhərində keçirilən Asiya çempionatında 18 rəngli medalla turnir cədvəlinə başçılıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, "İRİB"in məlumatına görə, 2021-ci il Asiya çempionatının ikinci günündə İranın karate üzrə milli komandası 9 qızıl, 4 gümüş və 5 bürünc medal qazanaraq turnir cədvəlinə birinci olub.
Qazaxıstan bir pillə irəliləyərək ikinci, Küveyt isə bir pillə geriləyərək üçüncü olub.
2021-ci ildə karate üzrə Asiya çempionatı Qazaxıstanın paytaxtında 29 ölkədən gələn idmançıların iştirakı ilə keçirilir.
Teqlər