İranlı futbolçu Rusiyanın ən yaxşı oyunçusu seçilib
Dek 23, 2021 16:52 Asia/Baku
-
Sərdar Azmun
İranın yığma futbol komandasının ulduzu Sərdar Azmun 2021-ci ildə Rusiya premyer liqasının ən yaxşı oyunçusu seçilib.
SəhərAzəri-nin məlumatına əsasən, «Zenit» komandasının iranlı hücumçusu 2021-ci ili çox yaxşı başa vurub.
Aparılmış rəy sorğusunda Sərdar Azmun 140 xal toplamaqla cari ildə Rusiya premyer liqasının ən yaxşı oyunçusu olub.
İranlı ulduz bu mövsümdə «Zenit»in tərkibində səkkiz qol vurub və Rusiya premyer liqasının təsirli fiqurlarından biri olub.