Onillik tədqiqatın nəticələrinə görə
Ömür uzatmanın ən asan yolu
Tədqiqatçılar yarım milyondan çox insanı nəzərdən keçirməklə ömrü uzatmaq və vaxtındanqabaq ölümdən amanda qalmaq üçün sadə bir həll yolu təklif ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, gündə üç fincan qəhvə içmək, ömrün uzadılmasına kömək edə bilər.
Ekspertlərin sözlərinə görə, hər gün yarım fincandan üç fincanadək qəhvə içən şəxslər on iki faiz az, erkəns ölüm təhlükəsilə üzləşirlər; ümumiyyətlə qəhvə içən insanlar, on yeddi faiz az ürək-damar xəstəliklərindən əziyyət çəkirlər.
Bu onillik tədqiqat göstərir ki, gündə maksimum üç fincan qəhvə içmək, insanların daha uzunömürlü olmalarına kömək edə bilər.
Ekspertlər vurğulayırlar ki, sağlamlığın xeyiri yalnız üyüdülmüş qəhvə istifadəsindən əldə edilir və bu məziyyətlər yarımfabrikat qəhvəyə şamil olmur.
Təqribən beş yüz min nəfər üzərində aparılan bir araşdırmaya görə, gündə üç fincandan çox qəhvə içməyin heç bir yaxşı təsiri yoxdur.
Qəhvə dünyada ən çox istehlak edilən spirtsiz içkilərdən biridir, amma sağlamlıq üçün faydalı və ya zərərli ola bilməsi barədəki bundanqabaqkı tədqiqatlar ziddiyyətli idi.
Qəhvə insanların daha az yorğunluq hiss etmələrinə və onların enerji səviyyəsini yüksəltməyə kömək edə bilər, zira kofein adlı təhrikedici bir maddəyə malikdir.
Kofeindən əlavə, bu içki minerallar və antioksidantlara da malikdir ki, bəzi tədqiqatlar onu xərçəngə, ikinci tip diabetə və demensiyaya mübtəlaolma riskinin azalması ilə əlaqəli biliblər.
Məqalənin müəlliflərindən olan Stefan Petersen belə deyib: Nəticələr göstərir ki, orta dərəcədə qəhvə istehlakı, ürək-damar cəhətdən zərərli deyil və hətta faydalı da ola bilər.