Qaedi BƏƏ Liqasının ən təsirli yarımmüdafiəçilərindən biridir
Fev 23, 2022 12:45 Asia/Baku
-
Mehdi Qaedi
Birləşmiş Ərəb Əmirliklərinin Premyer Liqa Təşkilatı İran millisinin hücumçusunu bu liqanın ən təsirli oyunçularından biri kimi təqdim edib.
SəhərAzəri-nin məlumatına əsasən, "FARS" xəbər agentliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Premyer Liqa Təşkilatı 16-cı həftənin sonunda müxtəlif mövqelərdə oynayan ən təsirli oyunçuların adını açıqlayıb.
İranın Esteqlal komandasının ulduzu Mehdi Qaedi bu həftə Dubay-ın "Şəbab Əl-Əhli" komandasına parlaq çıxış edib. İranın millisinin hücumçusu "Əl-Ərubə" komandası ilə oyunda bir qol vurub və bir məhsuldar ötürmə edib.
Teqlər