Lautaronun möhtəşəm qolu Liverpulu dayandıra bilmədi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i386732-lautaronun_möhtəşəm_qolu_liverpulu_dayandıra_bilmədi
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarında "Bavariya" və "Liverpul" müvafiq olaraq, "Zalsburq" və "İnter"lə qarşılaşıblar və öz rəqiblərini məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıblar.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 09, 2022 13:36 Asia/Baku
  • Liverpul
    Liverpul

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarında "Bavariya" və "Liverpul" müvafiq olaraq, "Zalsburq" və "İnter"lə qarşılaşıblar və öz rəqiblərini məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıblar.

SəhərAzəri-nin məlumatına əsasən, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib. İlk oyun günündə növbəti mərhələyə vəsiqə qazanan 2 komandanın adına aydınlıq gəlib. Bunlar Almaniya "Bavariya"sı ilə İngiltərə "Liverpul"udur.

"Bavariya" Avstriyada "Zaltsburq"la 1-1 hesablı heç-heçə etdiyi ilk qarşılaşmanın revanşında böyük hesablı qələbəyə imza atıb; 7-1. İlk 3 qolu Robert Levandovski vurub.

"Liverpul" isə İtaliyada 2-0 hesabı ilə yendiyi "İnter"ə öz meydanında minimal hesabla uduzub. Yeganə qolu 62-ci dəqiqədə Lautaro Martines vurub. Bundan 1 dəqiqə sonra ALeksis Sançes qırmızı vərəqə alaraq, İtaliya klubunu azlıqda qoyub.

Qalan müddətdə qapılara qol vurulmayıb. Beləliklə, "Liverpul" ilk matçda vurduğu iki cavabsız qola görə, iki oyunun yekununda qalib gəlib və növbəti mərhələ adlayıb.