«Real» AÇL-nin dörddə bir final mərhələsinə çıxıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i386749-real_aÇl_nin_dörddə_bir_final_mərhələsinə_çıxıb
Maraqlı bir oyunda «Paris Sen-Jermen»i məğlub edən Madridin «Real» futbol klubu Avropa Çempionlar Liqasının dörddə bir final mərhələsinə çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 10, 2022 09:17 Asia/Baku
  • «Real»
    «Real»

Maraqlı bir oyunda «Paris Sen-Jermen»i məğlub edən Madridin «Real» futbol klubu Avropa Çempionlar Liqasının dörddə bir final mərhələsinə çıxıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bu iki klub arasında səkkizdə bir final mərhələsinin cavab görüşü dünən gecə «Santyaqo Bernabeo» stadionunda keçirilib.

İki komanda arasında ilk görüş Parisdə Kilian Mbappenin tək qolu ilə «Paris Sen-Jermen»in xeyrinə başa çatmışdı.

Dünəngecəki görüşdə də öncə «Real» rəqibindən bir topla geridə qalmışdı, amma oyunun ikinci hissəsində Kərim Benzema öz üç qolu ilə Karlo Ancelottinin yetirmələri üçün təsəvvüredilməz bir qayıdışa imza atdı.

Sonda oyun elə bu nəticə ilə, yəni üç-bir hesabı ilə başa çatıb. Beləliklə Madridin «Real» futbol klubu Avropa Çempionlar Liqasının dörddə bir final mərhələsinə vəsiqə qazanıb.