Ronaldu tarixin ən yaxşı bombardiri oldu
-
Ronaldu
“Mançester Yunayted”in “Tottenhem”lə oyununda het-trik edən Ronaldu tarixin ən yaxşı bombardiri adını alıb.
SəhərAzəri-nin məlumatına əsasən, "Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldo ötən gecə "Tottenhem Hotspur"a üç qol vurmaqla səkkiz yüz yeddi vurulmuş qol həddinə çata və öz adını peşəkar futbolda bütün zamanların ən yaxşı bombardiri kimi qeydə aldıra bilib.
Beynəlxalq Futbol Federasiyası- FİFA bütün yarışarda vurulmuş qolların sayı və ən çox qol vuran oyunçu barədə heç bir rəsmi sənəd qeydə almayıb. Amma bu beynəlxalq orqanın təxmininə görə, bundan öncəyədək dünyada futbol üzrə ən çox qolvurma 1931-ci ildən 1955-ci ilədək öz peşəkar karyerasında səkkiz yüz beş qol vurmuş avstriyalı-çexiyalı futbolçu Yozef Bitsana aid olub.
Bu, Ronaldunun öz peşəkar karyerasındakı əlli doqquzuncu het-trikidir.