«Çelsi» AÇL-in növbəti mərhələsinə vəsiqə qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i387020-Çelsi_aÇl_in_növbəti_mərhələsinə_vəsiqə_qazanıb
Avropa Çempionlar Liqasının səkkizdə bir final oyunlarının qayıdış mərhələsnin sonuncu həftəsində rəqiblərinə qalib gələn «Çelsi» və «Vilyarreal» səkkiz üstün komanda sırasına yüksəliblər.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 17, 2022 10:43 Asia/Baku
  • «Çelsi» AÇL-in növbəti mərhələsinə vəsiqə qazanıb

Avropa Çempionlar Liqasının səkkizdə bir final oyunlarının qayıdış mərhələsnin sonuncu həftəsində rəqiblərinə qalib gələn «Çelsi» və «Vilyarreal» səkkiz üstün komanda sırasına yüksəliblər.

SəhərAzəri-nin məlumatına əsasən,Avropa Çempionlar Liqasının səkkizdə bir final mərhələsinin ikinci həftəsinin ikinci gecəsində İngiltərənin «Çelsi» futbol klubuna ev sahibliyi edən Fransanın «Lill» klubu iki-bir hesabı ilə öz qonağına məğlub olub.

İki komandanın ilk görüşü iki-sıfır hesabı ilə «Çelsi»nin xeyrinə qurtarmışdı. Beləliklə, İngiltərə klubu ümumilikdə dörd-bir hesabı ilə növbəti etapa vəsiqə qazanıb.