İtaliya Qətər karvanına çatmadı
2022-ci il dünya çempionatının Avropa üzrə ilk pley-off oyununda inanılmaz şəkildə məğlub olan İtaliyanın futbol komandası Rusiya dünya çempionatı kimi Qətər dünya çempionatına da çıxa bilmədi.
Bu gün, səhər saatlarında 2022-ci il dünya çempionatının Avropa üzrə pley-off oyunları çərçivəsində dörd oyun keçirildi. Onların ən mühümündə Şimali Makedoniya ilə görüşən İtaliya millisi oyunu məğlubiyyətlə başa vurdu.
Ötən yayda Avropa çempionu olmuş İtaliya komandası bu görüşdə bir çox mövqedən istifadə edə bilmədi. Hamının oyunun əlavə vaxta çəkəcəyini təsəvvür etdiyi bir halda, Aleksandar Traykovskiy oyunun doxsan ikinci dəqiqəsində gözəl bir zərbə ilə Canluici Donnarummanın qapısını açdı. Bu qol həm futbol dünyasını, həm də italiyalıları şoka saldı.
Digər bir mühüm oyunda Portuqaliya yığması Türkiyə millisini üç-bir hesabı ilə məğlub etdi.