ÜST: COVID-19 sonuncu pandemiya olmayacaq
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i387433-Üst_covid_19_sonuncu_pandemiya_olmayacaq
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Covid-19 xəstəliyinin dünyada sonuncu pandemiya olmayacağı barədə xəbərdarlıq edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 31, 2022 08:03 Asia/Baku
  • ÜST
    ÜST

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Covid-19 xəstəliyinin dünyada sonuncu pandemiya olmayacağı barədə xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çində aşkarlandı. İndiyədək dünyada 487 milyondan çox insan bu virusa yoluxub, 6 milyondan çox insan isə bu virusdan həyatını itirib. 

"Sputnik" xəbər agentliyinin məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom çərşənbə günü bildirib ki, yeni bir xəstəliyin yayılması ehtimalı və onun itkilərinin miqyası insanların mövcud pandemiyadan dərs almasından asılıdır.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru hər il Dubayda keçirilən Dünya Hökumətlər Sammitində çıxışı zamanı deyib: "COVID-19-un sonuncu pandemiya olmayacağına tamamilə əminik".

Qebreyesusun sözlərinə görə, yerli vaksin istehsalının artırılmasına ehtiyac var.

"Bundan əlavə, xəstəliklərin erkən mərhələdə aşkar edilməsi və qarşısının alınması üçün ictimai səhiyyəyə, xüsusən də ilkin səhiyyə xidmətinə sərmayə qoyuluşuna ehtiyac var", - ÜST rəhbəri qeyd edib.