İran filmi «Zlin» film festivalına vəsiqə qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i387847-İran_filmi_zlin_film_festivalına_vəsiqə_qazanıb
İranlı rejissor və quruluşçu rejissor Seyid Pəyam Hüseyninin «Yüngül atlet» qısametrajlı filmi Çexiya Respublikasının 62-ci beynəlxalq «Zlin» uşaq və yeniyetmə film festivalına vəsiqə qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2022 07:11 Asia/Baku
  • İran filmi «Zlin» film festivalına vəsiqə qazanıb

İranlı rejissor və quruluşçu rejissor Seyid Pəyam Hüseyninin «Yüngül atlet» qısametrajlı filmi Çexiya Respublikasının 62-ci beynəlxalq «Zlin» uşaq və yeniyetmə film festivalına vəsiqə qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Pəyam Hüseyni müxbirlərlə müsahibədə deyib ki, 1961-ci ildən fəaliyyətə başlayan «Zlin» film festivalı dünya səviyyəsində ən mötəbər və ən qədim uşaq və yeniyetmə film festivalıdır.

«Yüngül atlet» qısametrajlı filmi Həkim adlı bir yeniyetmədən bəhs edir. Həkim İranın ucqar məhəllələrindən birində yaşayır. Atası yüngül atletika yarışlarında mərc edir. Sonuncu oyunda başa düşür ki, oyunun qaydaları dəyişib. Ailəni təsirə altına alan bu dəyişiklik Həkimi qərarvermə dilemması qarşısında qoyur.