Yunan-Roma güləşi üzrə Asiya çempionatı
Apr 19, 2022 12:21 Asia/Baku
Monqolustanda keçirilən yunan-Roma güləşi üzrə Asiya çempionatında ilk beş çəki dərəcəsi üzrə yarışlar keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən, Yunan-Roma güləşi üzrə Asiya çempionatı bu gün başlanıb və ilk beş çəki dərəcəsində iranlı güləşçilər- Nurbəxş və Əmir Qasimi yarışdakı mübarizələrini dayandırıblar. Nasir Əlizadə isə finala vəsiqə qazanıb. İman Məhəmmədi və Arif Həbibullahi də sıralama mərhələsinə çıxıblar.
87 kiloqram çəki dərəcəsində güləşən Nasir Əlizadə ilk mərhələdə qırğız güləşçi Melis Ayətbekovu yeddi-bir hesabı ilə məğlub edib və yarımfinal mərhələsinə çıxıb. O, bu mərhələdə Qazaxıstanı təmsil edən Asiya çempionu Nursultan Tursinovu üç-sıfır hesabı ilə qarşısından götürüb və finala vəsiqə qazanıb.