Güləş üzrə Asiya Çempionatı: İranlı güləşçilər 4 qızıl medal qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i388232-güləş_üzrə_asiya_Çempionatı_İranlı_güləşçilər_4_qızıl_medal_qazanıblar
İranın yunan-roma güləşi üzrə komandası Asiya çempionatında dörd qızıl medal qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2022 15:53 Asia/Baku
  • Güləş üzrə Asiya Çempionatı: İranlı güləşçilər 4 qızıl medal qazanıblar

İranın yunan-roma güləşi üzrə komandası Asiya çempionatında dörd qızıl medal qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən güləş üzrə Asiya çempionatında Mehdi Bali 97 kiloqram çəki dərəcəsində final görüşündə özbək rəqibini məğlub edərək İrana dördüncü qızıl medalı qazandırıb.

Bundan əvvəl Məhəmməd Rza Muxtari və Rəsul Gərmsiri 72 və 97 kiloqram çəki dərəcələrində qızıl medalı qazanıblar. 

60 kiloqram çəki dərəcəsində çıxış edən Mehdi Möhsünnejad gümüş medal, Şahin Budağı isə 67 kiloqram çəki dərəcəsində beşinci yeri tutub. 

Dünən və ilk beş çəki yarışlarının sonunda 87 kiloqram çəki dərəcəsində Nasir Əlizadə qızıl, 77 kiloqram çəki dərəcəsində İman Məhəmmədi və Arif Həbibullahi bürünc medal qazanıblar.