İran yunan-roma güləşi üzrə Asiya çempionatında ikinci olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i388265-İran_yunan_roma_güləşi_üzrə_asiya_çempionatında_ikinci_olub
İranın yunan-roma güləşi üzrə yığma komandası yeddi müxtəlif medalla, bu idman növü üzrə Monqolustanda keçirilən Asiya çempionatında ikinci olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2022 11:53 Asia/Baku
  • İran yunan-roma güləşi üzrə Asiya çempionatında ikinci olub

İranın yunan-roma güləşi üzrə yığma komandası yeddi müxtəlif medalla, bu idman növü üzrə Monqolustanda keçirilən Asiya çempionatında ikinci olub.

SəhərAzəri-nin məlumatına əsasən, Yunan-roma güləşi üzrə otuz ikinci Asiya çempionatı aprelin on doqquzu və iyirmisində Monqolustanın paytaxtı Ulan-Batorda keçirilib.

İran yığması bu yarışlarda dörd qızıl, bir gümüş və iki bürünc medal əldə edib.

Qazaxıstan komandası iki qızıl, beş gümüş, iki bürünc medal və yüz doxsan xalla yarışların çempionu adını alıb.

Qırğızıstan da üç qızıl, üç bürünc medal və yüz qırx səkkiz xalla üçüncü pillədə qərarlaşıb.